Hadİsə

Bakıda qayda pozan sürücü yol polisi ilə mübahisə etdi: "Dedim saxla maşını" - VİDEO

Bakıda qayda pozan sürücü yol polisi ilə mübahisə etdi:
Bakıda qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.
Sfera.az APA-ya istinadla xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.

Belə ki, İsmayıl bəy Qutqaşınlı və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobili idarə edən sürücü Əmirov Fərid Elman oğlu avtomobilə quraşdırılan əlavə səs siqnalından istifadə edib.

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla!" əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.

Lakin sürücü F.Əmirov siqnalın sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Buna baxmayaraq, avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator dəvət olunub. Sürücü bu dəfə də YPX əməkdaşlarına mane olmağa çalışıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

F.Əmirov, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031