Bakıda qardaş qardaşı döydü - TORPAĞA GÖRƏ

Bakıda qardaş qardaşı döydü - TORPAĞA GÖRƏ

 


Bakının Suraxanı rayonunda iki qardaş arasında dava düşüb.

 

Hadisə Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivində baş verib. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Həşimov Elgün Füzuli oğlu qardaşı tərəfindən döyülüb.

 

Hadisənin torpaq məsələsinə görə baş verdiyi bildirilir.

 

Baş nahiyəsindən xəsarət alan yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona başın yumşaq toxumasının əzilməsi diaqnozu qoyulub.

 

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

 

Oxu.az bildirir ki, faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR