Bakıda Qarabağ qazisinin ölümünə səbəb olan biznesmen oğlu haqda ŞOK MƏLUMATLAR (VİDEO,FOTO)

Bakıda Qarabağ qazisinin ölümünə səbəb olan biznesmen oğlu haqda ŞOK MƏLUMATLAR (VİDEO,FOTO)

Ötənlərdə paytaxt Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Minval.info xəbər verir ki, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado” markalı minik avtomobili ilə Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən Qarabağ qazisi Məmmədov Azər Vaqif oğlu

Əraziyə Dövlət Yol Polisləri (DYP) əməkdaşları cəlb olunub, sürücü saxlanılıb. Amma bu işdə müxtəlif müəmmalar ortaya çıxıb. İddialara görə, Qarabağ qazisinin ölümünə səbəb olan M.Bəşirov nəyin bahasına olursa-olsun azadlıqda qalmağa çalışır. Hətta iddialara görə, o, hazırda azadlıqdadır.

Bəşirov Mirzə və dostu Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov

Əlbəttə, bu hal Qarabağ qazisinin ailəsi, yaxınları və  eləcə də Azərbaycan ictimaiyyətində ciddi narazılıqlara yol açıb. Amma söhbət Qarabağ qazisindən gedirsə, məsələ xeyli kövrəkləşir və ya gərgin fazaya, müstəviyə keçir. Axı bu ölkənin, bu vətənin müstəqilliyinin qorunması uğrunda sinəsini düşmən gülləsi qarşısında sipər edən bir qəhrəmanın qanını necə batırmaq olar?

Hətta bu kateqoriyadan olan insanlara məxsusi diqqət və qayğının göstərilməsi ilə bağlı məmurların, iş adamlarının  qarşısına sərt tələblər qoyulub.

Qəza yerindən APA Tv-nin hazırladığı reportaj

Qəzanı törətmiş və ölümə səbəb olmuş Bəşirov Mirzə İlqar oğlu barəsində maraqlı məlumatlar da əldə etmişik. İddia olunur ki, Qarabağ qazisinin ölümünə fərman verən M.Bəşirovun hərbi xidmət keçməyib. Sağlam, avtomobil idarə edə bilən şəxs əsgərlikdən bir yolla boyun qaçırmağı bacarıb.

Biz də bu məhz məsələdən yola çıxaraq ümumiyyətlə, M.Bəşirovun kimliyi ilə maraqlandıq. O və onun himayədarları ilə bağlı çox mübhəm, müdhiş məlumatlar əldə etdik.

 M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlu (red – yəni  erməni əsilli) bizneslə məşğul olurlar. Milyonlar sahibi olan bəşirovlar haqqında qaranlıq məqamlar da çoxdur. Onların ticarətində belə çirkli halların yaşandığı iddia olunur.

Qarabağ döyüşçüsünün ölümünə səbəb olan oğul Bəşirovun öz yaxınlarına belə zərər verdiyi deyilir. Belə ki, məlumata görə, o, nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul "atıb” və buna görə, nişanı qayıdıb.

Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado” markalı minik avtomobili

Hətta M.Bəşirovun xalası Emilya da oxşar səbəbdən hazırda həbsdədir. Bunu da əlavə edək ki, M.Bəşirovun atası İ. Bəşirovun digər əlbir olduğu qohumu, bibisi oğlunun da adı qara və ya qaranlıq işlərdə çəkilir. Belə ki, iddialara görə, Bakıda, Binəqədi rayonunda faciə baş verən binanın üzlənməsi işində İ. Bəşirov və onun həm bibisi oğlu, həm də şəriki olan Miryusifin birbaşa əli var. Məlum hadisədən sonra Miryusif Mahmudov həbsə edilib, amma İ.Bəşirov isə azadlıqda qalıb.

Eyni avtomobil Bəşirovların həyətində

Biz də bu faktoru rəhbər tutaraq  məsələ ilə bağlı Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədovun fikirlərini öyrəndik. Məlum vəziyyəti kəskin tənqid edən Qarabağ qazisi bizimlə söhbətində bunları qeyd etdi:

 "Ümumiyyətlə, belə hadisələr baş verən zaman Qarabağ əlillərinin özləri və ailələri bizə müraciət etdikdə onları ciddi müdafiə edərək istənilən nəticəyə nail olmağa çalışırıq. Amma təəssüf ki, rəhmətə gedən şəxsin ailəsi bizə müraciət etməyib. Biz də hadisənin baş verdiyini mətbuatdan öyrəndik. Kimliyindən asılı olmayaraq bu cür cinayətlərin ört-basdır edilməsi gələcəkdə daha ağır hadisələrin baş verməsinə səbəb olur. Bu, ölkəmizdə çox ciddi və ağrılı bir problemdir”.

Ailəyə məxsus villa

Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov da söyləyib ki, Qarabağ qazilərinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır:

 "Qarabağ qaziləri Azərbaycan üçün hər zaman dəyərlidirlər. Dövlətimiz hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğı göstərir. Bu kateqoriyadan olan insanlar daim dövlət başçısının diqqəti mərkəzindədir. İnanıram ki, son olayla bağlı da Azərbaycanda qanunun keşiyini çəkən hüquq-mühafizə orqanları ədalətli və obyektiv iş aparacaq. Cinayət varsa, cəza da olmalıdır”.

Bəşirovların avtomobilləri və mülkləri:

Paşa Sadıqlı

 

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...