Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib
19:40 / 02.04.2020
3624
Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib.
Sfera.az xəbər verir ki, bu barədə report-a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
"Bu cəriməni tətbiq edərkən bildirmişdik ki, əsas məqsədimiz yollarda rahat hərəkəti təmin etməkdir. Hazırda yollarda rahat hərəkət var", - o qeyd edib.