Bakıda Qafqaz Xəbər Media Mərkəzi təsis olundu

Bakıda Qafqaz Xəbər Media Mərkəzi təsis olundu

Tanınmış araşdırmaçı jurnalist Rəşad Rüstəmov yeni media mərkəzinə direktor təyin edilib

Müxtəlif mətbuat konfransları, dəyirmi masalar və təqdimatların keçirilməsi məqsədi ilə, Qafqaz Xəbər Media Mərkəzi (QXMM) təsis olunub. Qafqaz Xəbər Media Mərkəzi (QXMM) "Qafqaz Xəbər Agentliyi” MMC-nin layihəsidir. Qafqaz Xəbər Media Mərkəzində (QXMM) də vətəndaşların sosial problemlərinin həlli istiqamətində keçirilən mətbuat konfranslarına və digər tədbirlərə ictimaiyyətin aktiv nümayəndələri, jurnalistlər dəvət olunacaq, həmçinin, münasib şərtlərlə "Coffe break”, "furşet” və "Lunch” xidmətləri də göstəriləcək.

Qeyd edək ki, QXMM-in direktoru vəzifəsinə tanınmış araşdırmaçı jurnalist, tarix elmləri üzrə fəlsəfə doktoru Rəşad Rüstəmov təyin olunub. Bu barədə LEGION-a danışan Rəşad Rüstəmov bildirib ki, müxtəlif təşkilatlar, şirkətlər və ya sıravi vətəndaşlar özlərinin vacib bildiyi məsələ ilə bağlı Qafqaz Xəbər Media Mərkəzində tədbir keçirə biləcəklər.

"Onlar təqdim olunan xidmətlərdən yararlanaraq, daha geniş kütləyə çıxmaq imkanı qazanacaqlar. Demokratik cəmiyyətdə vətəndaşların problemlərinin həllində media müstəsna rol oynayır. Bu həmçinin Azərbaycana da aiddir.

 "Qafqaz Xəbər” Media Mərkəzinin yaradılmasında əsas məqsəd media işçilərinin vətəndaşların sosial problemlərinin həllində daha aktiv iştirak etməsi üçün şərait yaratmaqdan,vətəndaşların öz problemlərini ictimaiyyətin diqqətinə çatdırmasını asanlaşdırmaqdan ibarətdir”, – deyə R.Rüstəmov qeyd edib.

QXMM-nin tədbirləri və xidmətlər barədə qafqazxeber.az saytında ətraflı məlumat almaq olar.

Əlaqə

Ünvan:
Bakı şəhəri Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D

Əlaqə telefonları:
(+99450) 490-21-41
(+99470) 490-21-41
(+99412) 490-21-41

E-mail:



OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...