Bakıda qadınlara qənim kəsilən cibgir \"zek\"lər tutuldu

Bakıda qadınlara qənim kəsilən cibgir \
 Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar. 

DİN-dən Sfera.az-a verilən məlumata görə, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il  dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Sakit Əliyev və Səfər Əliyev olmaları müəyyən edilib.  

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR