Bakıda qadının döydüyü avtobus sürücüsü: \"Avtobusun \"Ruçnoy\"undan tutub dedim ki...\" - VİDEO

Bakıda qadının döydüyü avtobus sürücüsü: \
Avtobusu qanunsuz yerdə saxlamadığına görə sərnişin tərəfindən döyülən "61” nömrəli avtobusun sürücüsü Rövşən Süleymanov baş verən hadisəni metbuat.az-a danışıb.
 
Həmin müsahibəni təqdim edirik:

"Hadisə 3-cü mikrorayon dairəsinin ətrafında, saat 12:00 radələrində oldu. Dayanacaqdan təzə çıxmışdım, bir qadın dairənin ortasında avtobusu saxlamağımı söylədi. Dedim ki, icazə vermirlər, avtobusun içində kameralar var, polis var, olmaz saxlamaq. Dedi ki, "yox, mən burada düşməliyəm". Başladı avtobusun arxa qapısını təpikləməyə. Sonra mənim yaxamdan tutub, köynəyimi cırdı. Qadın idi, ona nə deyə bilərdim ki?!

Həmin anda əlimi avtobusun "Ruçnoy”undan tutub dedim ki, Allah, özün mənə səbr ver. Allahdan səbr dilədim. Başqa heç bir şey. 37 yaşım var. İki övlad atasıyam. 17 ildir də avtobus sürücüyəm. Belə bir hadisəni birinci dəfədir yaşamıram.

Qadını şikayət etmədim.

İnsandı, bəlkə əsəbi olub, biz onu necə şikayət edək?! Şükür Allaha ki, qəza olmadı. Hər şey öz qaydasında getdi. Buradan avtobus sürücülərinə demək istərdim ki, səbr etsinlər. Allah özü bütün sürücülərə səbr versin”.

Qeyd edək ki, hadisə bir neçə gün öncə baş verib. Sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edən sərnişinin onu döyüb. Hadisə avtobusun təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...