Bakıda qadını küçədə döyüb qarət etdilər

Bakıda qadını küçədə döyüb qarət etdilər
Fevralın 22-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Şəbnəm Həsənovaya zor tətbiq edib içərisində məişət əşyaları olan çantasını alıb.
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elşad Məmmədov və İlqar Abbasov tutulublar.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR