Krİmİnal

Bakıda qadını amansızlıqla qətlə yetirdilər - Video

Bakıda qadını amansızlıqla qətlə yetirdilər - Video

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, metronun "Dərnəgül” stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb. Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031