Bakıda qadın sürücüdən kuryoz qəza - Əyləc əvəzinə qaza basdı
10:24 / 18.03.2019
3596
Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qadın sürücü "Hyundai” markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb.
Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb.
Sürücü xəsarət almayıb. (Oxu.az)