Bakıda qadın sürücü ağır qəza törətdi - Bir nəfər öldü
20:00 / 28.01.2022
1095
Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Sfera.az-a verilən xəbərə görə, rayonun Sarayevo küçəsində Sumqayıt şəhər sakini S.Məhərrəmova idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Validə Quliyevanı vurub.
Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.