Bakıda polislərə atəş açıldı, bir nəfər yaralandı - YENİLƏNİB

Bakıda polislərə atəş açıldı, bir nəfər yaralandı -  YENİLƏNİB

Bakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ.Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi "Naqan" tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

-----------

10:17

Bakıda silahlı insident olub.

Sfera.az APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır.


OXŞAR XƏBƏRLƏR

EBRD ilə COP29 üçün maliyyələşmə mexanizmlərinin tətbiqi MÜZAKİRƏ OLUNDU

Azərbaycan İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexa...

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...