“Bakıda oturanlara lənət” – Torpağı satanların 6 rayon “yanğısı” - Nicat DAĞLAR yazır...

“Bakıda oturanlara lənət” – Torpağı satanların 6 rayon “yanğısı” - Nicat DAĞLAR yazır...

92-93-cü illərdə Azərbaycan Ordusunun hansı vəziyyətdə olduğunu Əli Kərimlinin ətrafındakı trollar bilməyə bilər. Ancaq onlara "nizami ordu” və "vahid komandanlıq” haqqında nağıllar danışmaq olar. Həmin virtual juliklərin böyk əksəriyyəti taleyi oyuna qoyulmuş dünyadan bixəbər uşaqlardır və təbii ki, onlar 90-cı illərin əvvəllərində Ordu birləşmələrini döyüş mövqelərindən çəkərək Bakıda hakimiyyət uğrunda gedən amansız mübarizəyə cəlb edənlərin hansı siyasi hoqqalardan çıxdıqlarını görməyiblər. Cəbhədə "unudulan” batalyonlar çarəsiz halda geri çəkiləndə bu gün Əli Kərimlinin başına topladığı əmzikli uşaqların heç "proyekti” də çəkilməmişdi. Pampersdən təzəcə ayrılmış bu uşaqlar cəbhədə erməninin qarşısında dayanmalı olan hərbi texnikanın Milli Məclis önündə mövqe tutması, qardaşın qardaşa silah tuşlaması kimi səhnələrlə qarşılaşmayıblar... Nazirlərin özlərinə silahlı dəstələr formalaşdırmasından, millət qan ağladığı günlərdə "teloxranitel” adı ilə ortalıqda dolaşanların Bakıda "razborkalar”a girişməsindən, restoranlarda kef məclisləri qurub, "Rəhim bəyin şərəfinə” atəş sırası ilə əyləncəyə "rəng” qatmalarından da xəbərləri yoxdur. Əli Kərimli yalnız onlara təmsil olunduğu hakimiyyətin "qüdrətli ordu” formalaşdırdığına dair moizələr oxuya bilər. Amma...

Həmin tarixi yaşayanlar Kərimlinin havalı söhbətlərini "yeməzlər”!

Cəbhədən gələn səslər hələ də qulaqlarda cingildəyir: "Allah Bakıda oturanlara lənət eləsin!”

"Bizə kömək gönədrməliydilər, amma başları kreslo davasına qarışdı...”

"Silahımız, texnikamız yoxdur, döyüşə bilmirik”

"Biri deyir mövqeləri dəyişin, o biri əmr göndırir ki, qalın yerinizdə. Başımızı itirmişik”

"Bakıya apardıqları tankları geri qaytarsınlar, Kəlbəcərə kömək lazımdır!” 

Beləcə bir-birinin ardınca təhvil verdilər rayonları. Əvvəlcə hakimiyyət uğrunda savaş, sonra hakimiyyətdaxili çəkişmə, Prezidentə – Ali Baş Komandana sayğısızlıq, tabeolmama, idarəçilikdə naşılıq, milli qəhrəman adı verib Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin etdikləri adamın, "Hamınızın cəmdəyini Azadlıq meydanından asacam” deyib qiyama qalxması və daha nələr, nələr, səndələyən ordunu tamamilə diz üstə çökdürdü...

İndi Əli Kərimli yazır ki, bəs Heydər Əliyev hakimiyyətə gələndən sonra "AXC batalyonları” adı ilə torpaqlarımızı qoruyan 33 batalyonu tərxis etdi və bununla da ermənilərin daha 6 rayonu işğal etməsinə şərait yarandı. Yalnız siyahılarda mövcud olan şəxsi-heyəti, silahları banditlər arasında dığıdılmış batalyonları buraxmayıb nə etməliydilər ki? Silahlı Qüvvələr adına nə varsa hamısının darmadağın edildiyi, əsgərə verməyə qidanın, geyindirməyə paltarın, döyüşməyə silahın, sürməyə texnikanın olmadığı halda Füzulinin, Cəbrayılın da Şuşanın, Ağdamın... taleyini yaşaması niyə təəccüb doğurmalıdır ki? Daha 6 rayonun işğal olunmasına şəraiti Şuşanı, Kəlbəcəri... satanda yaratmışdılar! Rəhim Qazıyev gəlib Prezidentin də iştirak etdiyi mitinqdə ayağını səkinin üstünə qaldıraraq, "Beynimi çöndərməyin” şəklində çıxış edəndə yaradılmışdı o şərait! Cəbrayılın da, Füzulinin də fətvasını, Bakıdan kömək gələcəyi ümidilə sonuncu patronuna qədər döyüşən, ölümə göndərildiyinin – SATILDIĞININ fərqinə belə varmayan qeyrətli oğulları mühasirəyə saldırıb qanına qəltan etdirəndə vermişdilər! Neçə-neçə bölüyü bilə-bilə, məqsədli şəkildə qırğına verəndə, qələbə əzmi ilə müharibəyə yollanan gəncləri yalançı əməliyyatlarla erməninin ovcunun içinə atanda razılaşmışdılar daha 6 rayonun itkisilə! Düşmənin Füzuliyə, Cəbrayıla... yolu, ermənini öldürməli olan silahların müxtəlif cinayətkar qruplaşmaların əlində azərbaycanlı qanı tökməsilə açılmışdı!.. İndi 6 rayon barədə "yanğılı” danışmaqla tarixin üzərinə pərdə çəkmək mümkün deyil.

Cəbhədən gələn səslər hələ də qulaqlarda cingildəyir: "Allah Bakıda oturanlara lənət eləsin!..”

Elədi də!


OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...