Bakıda oğluna kiçik toy məclisi edən şəxs saxlandı - FOTO
15:38 / 13.07.2020
4227
Bakıda oğluna kiçik toy məclisi təşkil edən şəxs saxlanılıb.
Sfera.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna kiçik toy məclisi təşkil etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.