Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ - VİDEO

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ - VİDEO
 "Küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq”.

Sfera.az bildirir ki, bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu axşamdan başlayan qadağalarla metroda və nəqliyyatda sıxlığın qarşısı alınacaq.

"Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”.

Onun sözlərinə görə, bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur.

"Yalnız o şəxslərə çölə çıxmaq olar ki, onlar üçün xüsusi icazə olsun. Digər insanlar ancaq yaxın ərazilərdə olan market və aptekləə gedə bilər. Bir də zibillərin atılması üçün çölə çıxa bilərlər”.


OXŞAR XƏBƏRLƏR