Bakıda narkotik satan dilənçi tutulub – FOTO

Bakıda narkotik satan dilənçi tutulub – FOTO
 

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, onun üzərindən şəxsi axtarış aparılan zaman külli miqdarda təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib. X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq isdədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini də narkotik vasitə almağa xərclədiyini də qeyd edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...