Bakıda narkoman polisin üstünə bıçaq çəkdi

Bakıda narkoman polisin üstünə bıçaq çəkdi

Bakıda supermarketdən oğurluq edən şəxs polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları - polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət aparan zaman Hüseyn Cavid prospektindəki supermarketdən çıxan şəxsin qaçdığını müşahidə ediblər.

Bu zaman supermarketin işçiləri polisdən kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən çıxardığı bıçaqla müqavimət göstərməyə çalışıb.

Polislər onu tərksilah edərək zərərsizləşdirib, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.

Bölmədə aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşadığı müəyyən edilib.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR