Bakıda Ümumdünya Gömrük Təşkilatının konfransı keçirilir

Bakıda Ümumdünya Gömrük Təşkilatının konfransı keçirilir

"Bu gün Azərbaycanda gömrük işinin müasir fəaliyyət prinsipləri əsasında təşkili istiqamətində nailiyyətlər əldə olunub. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafında beynəlxalq əməkdaşlıq müstəsna rol oynayır”.

"Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Texnologiyalar və İnnovasiyalar sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bugünkü konfransda smart sərhədlər üzrə bütün yeni texnologiyalar, beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə gömrük işi sahəsində blokçeyn texnologiyasının tətbiqi, süni intellektdən istifadə istiqamətində müvafiq müzakirələr aparılacaq: "Tətbiq edilən ən müasir texnoloji həllər barədə təqdimatlar olacaq. Ölkəmizdə informasiya kommunikisaya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Beynəlxalq ticarətin həcminin gündən-günə artması, qloballaşma və inteqrasiya proseslərinin genişlənməsi dünya təsərrüfat sisteminin şaxələnməsi nəticəsində ticarət-təchizat zəncirinin idarə edilməsi daha mürəkkəb bir prosesə çevrilib. 

Müasir innovativ həlləri özündə ehtiva edən texnoloji imkanlardan istifadə etmədən bu çətin vəzifənin üstündən gəlmək mümkün deyil. Eyni zamanda,  texnologiyaların sürətli inkişafı nəticəsində iqtisadiyyatın rəqəmsal transformasiyası elektron kommersiyanın inkişafı  ilə əlaqədar ticarət operatorlarının sayının artması, blud texnologiyalarına əsaslanan dəyər zəncirinin formalaşdırılması öz növbəsində yeni risklər yaradır.

Bu qlobal çağırışlar nəticəsində Azərbaycan gömrük xidməti biznes proseslərinin müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması, rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, gömrük nəzarətinin təşkilində vaxt və insan resurslarının optimal şəkildə istifadə edilməsi,  gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığın artırılması nəticəsində müasir informasiya və kommunakisya texnologiyalarının istifadəsinə xüsusi önəm verir. Son illər  gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu sahədə tətbiq edilən elektron xidmətlər ölkədə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır. Bu gün gömrük rəsmiləşdirilməsi prosesləri tam avtomatlaşdırılıb. Gömrük bəyannamələrinin təqdim edilməsi gömrük ödənişlərinin həyata keçirilməsi və gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi sosial əhəmiyyət təşkil edən xidmətlər yeni texnologiyalar əsasında qurulub. Bu mürəkkəb problemlərdən biri olan kölgə iqtisadiyyatı ilə mübarizədə ən yaxşı metodlardan biri də güzgülü statistikanın aparılmasıdır. Cənab prezidentin tapşırqlarına uyğun olaraq gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Fürsətdən istifadə edib Azərbaycanla ticarət münasibətləri olan ölkələri güzgülü statistika aparmağa və bu sahədə ortaq layihələrin həyata keçirilməsinə dəvət edirəm”.

Tədbirdə çıxış edən Baş Nazir Novruz Məmmədov bildirib ki, Azərbaycan Ümumdünya Gömrük Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsindədir: 

"Ümumdünya Gömrük Təşkilatının Potensialının Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbərlik etməsini bu əməkdaşlığın bariz nümunəsidir. İnformasiya cəmiyyətinin uğurlu inkişafı, elektron xidmətlərin təşkili və dövlət idarəçiliyində şəffaflığın təşkili üçün kifayət qədər önəmli islahatlar aparılır. Gömrük sahəsindəki şəffaflıq da buna nümunədir. Bu gün Gömrük sistemində əməliyyatlar, elektron, rəqəmsal qaydada gerçəkləşdirilir.  

Azərbaycan son illər bir çox insfrastruktur layihələri həyata keçirir. Bu istiqamətdə son dövrlərdə infrastruktura böyük məbləğdə vəsait də ayrılıb. Nəzərə almaq lazımdır ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da Azərbaycan böyük kosmik ailənin üzvünə çevrilib”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...