Bakıda möhtəşəm ilaxır çərşənbə - fotolar
16:30 / 16.03.2016
1101
Ötən gün paytaxtımızda "İlaxır çərşənbə" təntənəli şəkildə qeyd olunub.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə bayram proqramı təqdim edilib.
Atəşgahdan çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırılıb.
Daha sonra xalq artistləri Gülyaz Məmmədova, Bilal Əliyev, aşıqlar Əli, Samirə Əliyeva və digər tanınmışların iştirakı ilə konsert baş tutub. Gecənin sonunda atəşfəşanlıq olub.
Fotolar AzərTac-a məxsusdur.