Bakıda məzarlıq QADAĞASI

Bakıda məzarlıq QADAĞASI
Bakı şəhərində yerləşən qəbristanlıqlarda sağ ikən qəbir yeri almaq qadağan olunub.
 

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, bunu Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

"Bundan öncə insanlar sağ ikən özlərinə qəbir yeri ala bilirdilər. Amma hazırda bu qadağan olunub. Kimsə öz yaxınlarının məzarı yanında boş yeri saxlamaq istəyirsə, onların xahişi nəzərə alınır. Amma sağ ola-ola qəbir almaq istəyənlərin müraciətlərinə baxılmır", - deyə S.Həsənov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR