Bakıda “Metropark” ticarət mərkəzinin yaxınlığında partlayış baş verib - - SƏBƏB - YENİLƏNİB - FOTO

Bakıda “Metropark” ticarət mərkəzinin yaxınlığında partlayış baş verib - - SƏBƏB - YENİLƏNİB - FOTO

22:28

Bakının Nərimanov rayonu ərazisində partlayış baş verib. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə "Metropark" ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Məlumata görə, ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.

Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

21:18

Sfera.az musavat.com-a istinadən bildirir ki,hadisə Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Ərazidə "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Həyətdəki mazut çənini çıxarmaq mümkün olmadığından mazut çəni şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub. Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib. Hazırda ərazidə FHN-in və hüquq-mühafizə orqanlarının əməkfaşları işləyirlər. 

21:02

"Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.

Sfera.az APA-ya istinadən xəbər verir ki,  yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış "Volkswagen" markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.   

20:49

Bakının Narimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə "Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.
Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib.
 
Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
 
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.  







OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...