Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub?

Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub?
Ötən gün müğənni Elnarə Xəlilova sosial şəbəkədə "Booom!" konfetlərinin fotosunu paylaşaraq onun zəhərlənməyə səbəb olduğunu qeyd edib. 

O, bildirib ki, bu konfetin satışı artıq məktəbdə dayandırılıb:

"Siz də almayın. Məlum olub ki, onun içində olan turş maddə kimyəvi tərkiblidir və birbaşa beyinə təsir edir. Allah bütün balaları qorusun. Bu hadisə iki gün əvvəl oğlumun sinif yoldaşının başına gəlmişdi. Uşaq bir gün reanimasiyada huşsuz vəziyyətdə qaldı. Onu şoka salmışdı. Uşaqlarınıza tapşırın, bu konfetdən almasınlar".

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı oxu.az Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavabda bildirilir ki, AQTA konfetlə bağlı yayılan xəbəri araşdırmağa başlayıb:

"Sosial şəbəkələrdə azyaşlının konfetdən zəhərlənməsi ilə bağlı yayılan xəbər artıq Qida Təhlükəsizliyi Agentliyində qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.

Agentlik vətəndaşların diqqətinə çatdırır ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal 1003 Qaynar xəttinə zəng edib ətraflı və dəqiq məlumatlar versinlər. Bu zaman Agentlik tərəfindən plandankənar (növbədənkənar) araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür. 

Təəssüf ki, yayılan bu tipli xəbərlərdə konkret məlumatlar əksini tapmır. Yəni məhsulun istehsalçısı, istehsal tarixi, istehsal olunduğu müəssisənin ünvanı göstərilmir. Buna baxmayaraq, Agentlik mütəxəssisləri tərəfindən qeyd olunan xəbər üzrə araşdırmalar aparılır".

"Araşdırmalar nəticəsində xəbərin nə dərəcədə əsaslı və ya əsassız olduğu da müəyyən olunacaq. Ümumiyyətlə, qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması istiqamətində mütəmadi nəzarət tədbirləri həyata keçirir", - deyə məlumatda qeyd edilib.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...