Bakıda məktəbdə İNTİHAR: Asılmış meyit.../YENİLƏNİB

Bakıda məktəbdə İNTİHAR: Asılmış meyit.../YENİLƏNİB
"Həmin şəxsin məktəbimizlə heç bir əlaqəsi yoxdur".

Bu sözləri publika.az-a 10 saylı məktəbin direktoru Leyla Məmmədova deyib. Onun sözlərinə görə, hadisə dünən saat 3 radələrində baş verib: "Məktəb bir növbəlidir, həmin vaxt məktəbdə heç kim olmayıb. Ümumiyyətlə, ərazi məktəbin tam həyəti hesab edilmir. Çünki məktəbin hasarı yoxdur. İntihar da məktəbin arxa tərəfindən ağaclıq olan sahədə baş verib. Təsadüfən yoldan keçənlər onu aşkarlayıb. Polisə məlumat veriblər. Amma onun məktəblə heç bir bağlılığı yoxdur".

10:24
Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.

Hadisə Nizami rayonun İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR