Hadİsə

Bakıda maşın aşdı - Sürücünün arvadı öldü

Bakıda maşın aşdı - Sürücünün arvadı öldü
 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi "VAZ-21099” markalı avtomobili aşıb.

Nəticədə R.Həsənovun sərnişinlərindən, həyat yoldaşı Zeynəb hadisə yerində ölüb, digər bir sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031