Bakıda maşın alverçilərinin yeni fırıldağı

Bakıda maşın alverçilərinin yeni fırıldağı
Bakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil "ovlayırlar”. 

Sfera.az bildirir ki, ilk vaxtlar öz avtomobillərini satmaq istəyən sürücülər bunu yaxşı fikir kimi qəbul edirdilər, çünki bu halda bazara giriş üçün pul ödəmək lazım deyil (10 manat – red.) və əllə "pul təklif etməyə hazıram” işarəsi verən alverçi gördükdə, maşınlarını həvəslə saxlayırdılar. 

Lakin vaxt keçdikcə bu problem yaratmağa başlayıb.

Bu barədə adını demək istəməyən paytaxt sakini Oxu.Az-a açıqlamasında danışıb:

"Mən Badamdarda yerləşən işlənmiş avtomobillərin bazarına gedirdim. Atama aid 2002-ci il buraxılışı olan "Mersedes E class” maşınını satmaq istəyirdim.

Bazara çatanda bir nəfər əlini qaldıraraq işarə etdi. Mən maşını saxladım.

O dedi ki, alverçidir və elə buradaca maşınımı ala bilər. Bir az sövdələşdikdən sonra razılaşdıq. Amma o, maşınımı tanış ustalara göstərəndə hər şey bir-birinə qarışdı.

Ustalar maşınıma "baxdıqları” və qəsdən maşınımdakı kiçik nasazlıqları düzəltdikləri zaman bu alverçi bütün var gücü ilə diqqətimi yayındırmağa çalışırdı.

Baxmayaraq ki, indiyə kimi maşında hər şey qaydasında idi, ustalar dedilər ki, maşında lyuk, kondisioner və əyləc sistemi işləmir. 1000 manat xərci var. 

Onda anladım ki, bu bir fırıldaqdır. Onlar qəsdən kiçik nasazlıqları sıradan çıxarıblar ki, daha 1000 manat qiyməti aşağı salsınlar”. 

Aydın olub ki, analoji hadisələr artıq geniş miqyas alıb. Polisə şikayətlər daxil olub.

Nəhayət, dünən vəziyyətə post-patrul xidmətinin əməkdaşları münasibət bildiriblər. Onlar Badamdar ərazisində yol polisi ilə birgə operativ tədbirlər həyata keçiriblər.

Onlar alverçilərə maşın bazarına gedən yolun kənarında dayanmağa icazə verməyiblər. Polisin xəbərdarlığına məhəl qoymayanlar isə saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...