Bakıda marşrut avtobusunun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı

Bakıda marşrut avtobusunun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı
 

Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.

 

Hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində "General Avto Company" şirkətinə məxsus avtobus parkında qeydə alınıb.

 

Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

 

Yaralı baş-beyin nahiyəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR