Bakıda maraqlı layihə: 31 min manata 70 kvadratlıq təmirli evlər – Üstəlik 25 günə hazırdır - FOTO

Bakıda maraqlı layihə: 31 min manata 70 kvadratlıq təmirli evlər –  Üstəlik 25 günə hazırdır - FOTO
Azərbaycanda 7-25 günə quraşdırılaraq hazır remontlu təhvil veriləcək profabrik adlanan evlərlə bağlı sosial şəbəkələrdə paylaşılan bir elan diqqətimizi çəkdi. 
 
Sfera.az bildirir ki, bu cür evlərin qiyməti digərləri ilə müqayisədə 2 dəfə aşağıdır. Kubik və daşdan istifadə olunmayan bu evlərin 12 ballıq zəlzələyə davamlı olduğu, 100 ilədək qarantiyasının olduğu söylənilir. Təmirsiz evlərin kvadrat metrinin qiyməti 340, sadə təmirli evlərin kvadrat metrinin qiyməti 380, super təmirli evlərin kvadrat metrinin qiyməti isə 460 manatdır. Bakı ilə yanaşı bu evlərin bölgələrdə quraşdırılması üçün sifarişlər qəbul olunur. Quraşdırılan bu evlərin divarlarının qalınlığı 10 santimetrdir. Belə evlər qışda isti, yayda isə sərin olur.

Bu gün bir çox gənc ailələr üçün evsizlik böyük problemdir. Daha dolğun məlumat almaq üçün bu cür evləri quraşdıran şirkətlərdən birinə müraciət edib, ərazidə çəkiliş apardıq.

Şirkət sahibinin sözlərinə görə onlar yalnız bu evlərin tikintisi və təmiri ilə məşğul olur. Torpaq sahəsi isə evə sahib olacaq şəxs tərəfindən alınır. Şirkətin sahibi suallarımızı cavablandıraraq bildirdi ki, evlərin tikintisində ağacdan istifadə edilmir: 

"Divarları Türkiyədən gətiririk, betopandır. Uzunömürlü materialdır. Bu cür evlərdə ağac materialından istifadə etmirik. Bu səbəbdən də belə evlərdə yanma ola bilməz. Dam örtüklərin alt hissəsi profil uqolniklərdən. Yer betondan olacaq. Məsələn 60 kvadratlıq ev üçün 70 kvadratlıq beton hissəsi töküləcək. Təmirsiz evlərdə tavan vurulur, seyf qapı, plastik pəncərələr qoyulur, hamam-tualet su təchizat sistemləri çəkilir, elektrik təchizatı ilə təmin olunur. Sadə remontlu evlərdə divar kağızı, emosiya vurulacaq, çıraq asılacaq, hamam kafeli, unitazı, tülpanı qoyulacaq. Super təmirdə isə duş kabina və digər əlavələr olacaq”. 

70 kvadratlıq sadə evin xərci isə 31 min manat olacaq. Kreditsiz satılan remontsuz evlər 15 günə, təmirli isə 25 günə hazır olunaraq təhvil verilir. 
 
Nigar
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...