Bakıda “Lotu Quli”ylə görüşə məhdudiyyət qoyuldu - Onunla yalnız...

Bakıda “Lotu Quli”ylə görüşə məhdudiyyət qoyuldu - Onunla yalnız...
Ötən həftə Türkiyədən Azərbaycana ekstradisiya olunan "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıda ciddi nəzarət altında saxlanılır. Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, N.Səlifovun nə vaxta qədər ev dustaqlığında saxlanılacağı bilinmir. Bu haqda ona və yaxınlarına məlumat verilmir. Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda "Quli” ev dustağı şəraitində saxlanılır.


Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq 2 aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi. Ancaq o, Azərbaycana gətirilib.


 

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...