Bakıda \"London taksi\"lərinin qəbirstanlığından şok görüntü - VİDEO)

Bakıda \
2012-ci ildə "Eurovision" ərəfəsində Azərbaycana gətirilən "London taksiləri”nin Lökbatan qəsəbəsindəki "maşın qəbirstanlığı"ndan görüntüləri ortaya çıxıb. 
 
AZXEBER.COM-a göndərilən görüntülər DYP-nin Lökbatan qəsəbəsindəki qeydiyyat idarəsində çəkilib. Görüntülərdə idarənin dayanacağında "London taksiləri" kimi tanınan Çin istehsalı TX4 markalı istifadəyə yararsız yüzlərlə avtomobil olduğu görünür.
 
Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun ölkəyə gətirdiyi və dövlət büdcəsi ayrılan maliyyə vəsaiti ilə alınan avtomobillərin qısa zamanda sıradan çıxmasının səbəbi isə bəlli deyil. 

Qeyd edək ki, "London taksiləri” kimi tanınan TX4 markalı məşhur keblər əvvəlcə Britaniyanın "Manganese Bronze” şirkəti tərəfindən istehsal edilirdi. Lakin 2013-cü ildə Çinin "Geely” avtomobil şirkəti "Manganese Bronze”nin səhmlərini alıb. Bununla da "London taksiləri” tamamilə "kitayski” olub.

Sözügedən avtomobillərin Azərbaycana daşınmasını isə Türkiyənin "Savay Lojistik” şirkəti həyata keçirib. 

Hazırda yüzlərlə taksi adıçəkilən ərazidə baxımsız haldadır. 

Həmin videonu təqdim edirik:




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...