Bakıda kütləvi dava: 3 nəfər xəsarət aldı

Bakıda kütləvi dava: 3 nəfər xəsarət aldı
Bakının Binəqədi rayonunda 20 nəfər arasında kütləvi dava baş verib.

Sfera.az bildirir ki, hadisəyə Xocaəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.

Davada xəsarət alan şəxslər sayta qonşuları tərəfindən döyüldüklərini bildiriblər.

Onların dediklərinə görə, fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov ad gününü qeyd etmək üçün bacılarını ailəvi öz evinə qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi S.Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır. S.Səfərov problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı ilə üzləşib. Daha sonra adı hazırda məlum olmayan həmin yaşlı şəxs ətrafına təqribən 15-20 nəfər yığaraq S.Səfərovun yaşadığı evə gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir, 6 aylıq hamilə olan Sevinc Yoldəmir və S.Səfərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Zərərçəkənlərdən Türkiyə vətəndaşı S.Yoldəmir hadisə ilə bağlı mənsub olduğu ölkənin səfirliyinə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.(Report)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...