Bakıda külək dayanacağın damını uçurdu
12:40 / 17.01.2019
2262
Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.
Dayanacaq məntəqəsinin damı uçub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.
"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".
Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.