İçərişəhərdə koronavirus həyacanı ilə bağlı rəsmi açıqlama: Nə baş verir?

İçərişəhərdə koronavirus həyacanı ilə bağlı rəsmi açıqlama: Nə baş verir?
 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.

Nazirlər Kabineti yanında operativ qərargahdan  verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin İçərişəhər metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial, vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında, xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib.

Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik.


(oxu24)

OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...