Bakıda koronavirus qorxusu vəzifəli şəxsi bu günə saldı - VİDEO

Bakıda koronavirus qorxusu vəzifəli şəxsi bu günə saldı - VİDEO
 
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti Zaur Paşayevin koronavirusa qarşı gördüyü tədbirlər hamının təəccübünə səbəb olub.

Bununla bağlı "BakuPost"-a daxil olan videodan görünür ki, vitse-prezident binanın blokunda əllərini spirtləyir, daha sonra isı liftin düyməsini ayağı ilə basır. Eyni hərəkəti liftə mindikdən sonra da təkrarlayır.


Şirkətin mətbuat katibi Tamam Bayatlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan video şirkətin binasında baş verməyib: "Biz araşdırdıq, həmin yer bizim bina deyil, o bizim ofisin lifti deyil. Bəlkə də hansısa yaşayış binasıdır. Videoda görünən şəxsin kimliyini isə araşdırırıq. Amma biz şirkət olaraq kimliyindən asılı olmayaraq bu cür hərəkəti düzgün hesab etmirik".
 

T. Bayatlı bildirib ki, hazırda Zaur Paşayev gərgin formada iş başında olduğundan onunla əlaqə saxlayıb dəqiqləşdirmə apara bilməyiblər.

Həmin görüntüləri təqdim edirik:
 



OXŞAR XƏBƏRLƏR