Bakıda kişini qızının və arvadının gözü qarşısında vurub öldürdülər

Bakıda kişini qızının və arvadının gözü qarşısında vurub öldürdülər

Həyat yoldaşı və qızı yolun kənarına çıxsa da, İlqam Abdıyev qaçaraq yolu keçməyə cəhd göstərib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. Eyni ailənin üç üzvü yolu keçmək istəyərkən Məhəmməd Xəlilovun idarə etdiyi «Niva» markalı avtomobil ailə başısı İlqam Abdıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Polis əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin məlumata görə, İlqam Abdıyev, həyat yoldaşı və qızı yolu keçərkən «Niva» markalı avtomobil sürətlə onlara yaxınlaşıb. Həyat yoldaşı və qızı yolun kənarına çıxsa da, İlqam Abdıyev qaçaraq yolu keçməyə cəhd göstərib. «Niva»-nın sürücüsü isə idarəetməni itirib və nəticədə piyada vurulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR