Hadİsə

Bakıda kişi şirkətin ofisini dağıtdı, maşının şüşələrini sındırdı - VİDEO

Bakıda kişi şirkətin ofisini dağıtdı, maşının şüşələrini sındırdı - VİDEO

Paytaxtın Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi asayişi pozub.

Baku.ws-ın məlumatına görə, o, əvvəlcə "Unicapital” şirkətinin şüşələrini sındırıb.

Şahidlərin hadisə yerindən çəkdiyi videodan da göründüyü kimi, kişi daha sonra qara rəngli maşının şüşələrini qırıb. 

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən bildirilib ki, bir nəfərin "Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031