Bakıda kişi ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışdı

Bakıda kişi ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışdı
 

Sabunçu rayonu Maştağa qəsəbə sakinini keçmiş həyat yoldaşı yandırmaq istəyib.

Bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, 1981-ci il təvəllüdlü Əhmədli Rasim İkram oğlu sentyabrın 15-də, saat 18:30 radələrində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədzadə Aynur Rasim qızının evinə gəlib.

 

Nəticədə keçmiş həyat yoldaşları arasında münaqişə yaşanıb və bu müddət ərzində kişi qadının üzərinə benzin tökərək onu yandırmağa çalışıb. Bu zaman onların qızı polisə zəng edərək məlumat verib. Rasim Əhmədli cinayət yerindən qaçmağa çalışsa da, 14-cü Polis Bölməsinin əməliyyatçıları onu istintaqdan yayınmadan saxlayıblar.

İlkin dindirmə zamanı saxlanılan şəxs münaqişənin keçmiş həyat yoldaşının səhv davranışları səbəbindən yarandığını bildirib. Belə ki, R.Əhmədli iki qız anası olan A.Məmmədzadənin evə kənar adam gətirməsini qəbul edə bilməyib.

R.Əhmədli keçmiş həyat yoldaşının ona həyatını bundan sonra başqa biri ilə birləşdirmək istədiyini və buna görə onların evinə gəlməməsi ilə bağlı məlumat verdiyi mesajı göstərib.

Bunun ardından keçmiş ər qızlarının olduğu evə başqa bir kişinin gəlməsinə qəti şəkildə qarşı çıxaraq qızları ona verməyi tələb edib. Lakin qadın bu tələblə razılaşmayıb. Nəticədə R.Əhmədli benzin götürərək keçmiş həyat yoldaşının evinə gedib.

Hazırda sui-qəsd cəhdi ilə bağlı cinayət işi başlanılıb. İstintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...