Bakıda kirayənişin qadın evi sahibinin əlindən alıb - FOTO

Bakıda kirayənişin qadın evi sahibinin əlindən alıb -  FOTO

Səbail rayon sakini Məmmədov Vahid Kərim oğlu evinin qanunsuz yolla əlindən alınmasından şikayət edir. 

Problemini ictimailəşdirmək üçün musavat-a müraciət edən şikayətçi deyir ki, 2005-ci ildə Bayl qəsəbəsində Xəlil adlı şəxsdən 70 kvadrata yaxın olan ikiotaqlı həyət evi alıb. Xəlil adlı şəxs isə evi ona satarkən həmin dönəmdə mənzildə Rəna Babayeva adlı şəxsi kirayənişin saxlayırmış. Evi alan Vahid Məmmədovun başqa yerdə evi olduğu üçün Rənanın orada kirayəçi kimi qalmasına icazə verib.

Lakin 2005-ci ildə Vahid Məmmədov evinə köçmək istəyib və Rəna Babayevaya mənzili tərk etməsini bildirib. Lakin Rəna Babayeva onu şərləməklə hədələyib və evdən çıxmayacağını deyib. Bundan sonra başına gələnləri şikayətçi Vahid Məmmədov belə danışır: "Bayıl qəsəbəsində, Bayraq Meydanının yaxınlığında, 2005-ci ildə Xəlil adlı şəxsdən mənzil aldım. Evin hər bir sənədi var idi. Notariusda evin sənədlərini, alqı-satqı müqaviləsini təsdiqlədib, öz adıma keçirdim. Notariusun təsdiqi ilə ev üçün rus pulu ilə 62 milyon 400 rubl pul keçirdim. Öz evim olduğu üçün gec-gec nəzarət edirdim. Bir gün evi tərk etməsini istədim. O isə dedi ki, çıxmayacağam. Ev mənimdir. Mən də dedim ki, evin "kupça"sı mənim adımadır, ev necə sənin ola bilər? Məni hədələyərək dedi ki, hara gedirsən get, ev mənə məxsusdur. Qorxdum təzyiq göstərməyə ki, şər-böhtan atar üstümə... Ayda bir neçə dəfə gedib, evimə kənardan baxırdım. Yaxınlaşmağa cəhd etmirdim ki, üzünü-başını cırar, mənə böhtan atar". 

Şikayətçi deyir ki, məsələni həll etmək üçün 2006-ci ildə Səbail rayon Məhkəməsinə şikayət edib:"Məhkəmə qərar çıxardı ki, ev mənə məxsusdur. Sonra Rəna Babayeva məni Apelyasiya Məhkəməsinə verdi. Səbail Məhkəməsinin keçmiş sədri İlham Ağayevin əli ilə heç bir sənəd olmadan evi öz adına qeyri-qanuni keçirməyə müvəffəq oldu. Bir sözlə, Apelyasiya Məhkəməsi onun xeyrinə qərar çıxardı". 

Vahid Məmmədov deyir ki, Rəna Babayeva onu qeydiyyatdan çıxarmaq üçün müxtəlif yalan və böhtanlara da əl atıb: "2015-ci ildə Rəna Babayeva öz əməlindən əl çəkmədi. Bu dəfə İnzibati-İqtisad Məhkəməsinə verdi ki, məni qeydiyyatdan çıxarsınlar. Məhkəmə isə mənim xeyrimə qərar çıxardı. Rəna Babayeva Apelyasiya Məhkəməsinə yenidən rüşvət verdi. Məhkəmə yenə qərar çıxardı ki, ev onundur. Məhkəmədə hətta bir dəfə Rənaya dedim ki, artıq bezmişəm, gəl evi bölək sataq. Razılaşmadı. Bütün qonşular məni tanıyır. Evi nə vaxt aldığımı, kim olduğumu bilirlər. Nə qədər şahidlər var. Ancaq halal zəhmətimlə aldığım evi əlimdən qanunsuz yola alırlar". 

Vahid Məmmədov indi  məhkəmənin verdiyi qərarla razılaşa bilmir: "Mənim qanuni qeydiyyatım var, notariusun təsdiqi ilə bütün sənədlər mənim adımadı. Başa düşə bilmirəm, bu, necə qərardır. Alqı-satqı müqaviləm olub, "BT"-dən sənədlərim var, "kupçam" var. Məhkəmə necə belə qərar çıxara bilər? Bununla bağlı Apelyasiya Məhkəməsinə iki dəfə şikayət elədim, sənədlərimi geri qaytardılar. 7 vəkil dəyişdim. Hər vəkilə 800-1000 dollar pul vermişəm.Vəkillər hər dəfə işi yığır, iş mənim xeyrimə həll olunan məqamda kimlərsə onlara tapşırır, vəkillər geri durmağa məcbur olurlar".

Vahid Məmmədov indi Respublika Baş Prokurorluğundan və Daxili İşlər Nazirliyindən məsələnin ədalətli şəkildə həll olunması üçün kömək istəyir.


OXŞAR XƏBƏRLƏR

"Google" 28 əməkdaşını QOVDU - MARAQLI SƏBƏB

"Google" Nyu-York və Sunniveyldəki korporativ ofislərində 8 saatlıq oturaq aksiyada iştirak edən 28 əməkdaşını işdən çıxarıb.  Sfera.az &nbs...

Məşhur aktrisa ikinci dəfə ana oldu - FOTO 

Türkiyənin məşhur aktrisası Azra Akın ikinci dəfə ana olub.   Sfera.az xəbər verir ki, o, körpəsinin cinsiyyətini doğulanda öyrənib. Azra Akını...

Bakıda FACİƏ - 2 nəfər...

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, aprelin ...

Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir   Prezident İlham Əliyevin rəhbərl...

""Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib" - Rüstəm Ağayev

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib.    Sfera.az xəbər verir...

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...