Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu başladı

Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu başladı
Türk dünyasının tanınmış simaları Qarabağ və Kərkükün taleyi üçün Bakıda bir araya gəldilər.
 Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən "Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak edirlər.

Simpoziumu giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, onlara qatıldıqları üçün minnətdarlığını bildirib:
"Simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil. Bu qərarı dəyərli aydınlarımızla məsləhətləşərək verdik. Sabah isə Türk milli oyanış günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.

Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.

OXŞAR XƏBƏRLƏR