Bakıda keçiriləcək Avropa Liqasının final oyunu… –Biletlər satışa çıxarıldı + Qiymətlər

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu… –Biletlər satışa çıxarıldı + Qiymətlər
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.

Təşkilat Komitəsindən "Report”a verilən məlumata görə, bu gündən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın "Gənclik Mall” və "Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.

Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir.


OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...