Bakıda kafedə partlayış olub

Bakıda kafedə partlayış olub
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən kafedə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan və kafe kimi fəaliyyət göstərən tikilinin mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib. 

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR