Bakıda kafe açan gənclər reklam üçün maraqlı üsula əl atdı - VİDEO

Bakıda kafe açan gənclər reklam üçün maraqlı üsula əl atdı - VİDEO
 Bakıda özlərinə kafe açan iki gənc reklam üçün çox maraqlı bir üsula əl atıblar.
 
Belə ki, onlar kafelərini metroda reklam etməklə tanıdıblar. Yəni sadəcə 20 qəpik gediş haqqı ödəyərək metroya daxil olub və kafenin adı olan reklam lövhəsi ilə stansiyaları gəziblər. Gənclərin bu üsulu sosial şəbəkələrdə müzakirə mövzusu olub. Onların müştərisi isə iki dəfə artıb.
 
Gənclər 20 qəpik gediş haqqı ödəyərək metroya daxil olub və yüzlərlə adam onların reklamını görüb.
 
Bakıda universitetlərin birində tələbə olan Ülvi Bayramov dostu ilə etdiyi reklamla sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Açdıqları yeni kafeni tanıtmağın ən ucuz yolu kimi metronu seçən gənclər reklam lövhəsi hazırlayaraq onu metronun içində qatarda gəzdirərərək bir gündə çox sauda adama tanıdıblar.
 
Ülvi Bayramov deyir ki, əslində belə bir reklam fikirləri olmayıb. Sadəcə taksi pulları kifayət qədər olmadığı üçün metroya düşməyə məcbur olublar. Amma insanların əllərindəki reklama olan marağı onları əməlli-başlı düşündürüb. Və bunu reklama çevirməyi düşünüblər.
 
Cəmi bir neçə gündür ki,açılan kafe bu yolla çox qısa zamanda tanınıb.Sosial mediada yayılan görüntülərdən sonra kafenin müştəriləri də əməlli başlı artıb.
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev bildirib ki, gənclərin əlində olan reklam lövhəsi daşınması icazə verilməyən yüklərə aid deyil. Və ölçüləri də standartlar çərçivəsindədir. Elə buna görə də onlar qanunazidd heç bir hərəkətə yol verməyiblər. (Xəzər TV)
 
]
 


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...