Bakıda it üstündə kütləvi dava - VİDEO

Bakıda it üstündə kütləvi dava -  VİDEO

Bakıda kütləvi dava düşüb.

Gecə Bakıda kütləvi dava düşüb. İtini gəzdirməyə çıxaran şəxs yolda avtomobili yüksək sürətlə idarə edən şəxsə yavaş sürməyi xahiş edib. Elə bunun üstündə tərəflər arasında dava düşüb. Davada 3 nəfər xəsarət alıb.

İt üstündə kütləvi dava düşüb, 3 nəfər xəsarət alıb.

Hadisə gecə Bakıda Səbail rayonu Badamdar qəsəbəsində baş verib. Elvin Bədəlov Seyran Məmmədov küçəsində yəni evinin qarşısında itini gəzdirən zaman yoldan bir minik avtomobili keçib.

Elvin Bədəlovun bibisi oğlu Ramin Baxışovun sözlərinə görə dayısı oğlu sürücüdən yoldan ehtiyatlı və yavaş sürətdə keçməsini xahiş edib.

Naməlum şəxslər daha sonra Elvin Bədəlov və onun əmisi Mais Bədəlova ağır xəsarətlər yetiriblər. Xəsarət alan şəxslər dərhal 1 saylı şəhər xəstəxanasına gətriliblər. Xəstəxanadan verilən məlumata görə Mais Bədəlovda qabırğa qırıqları, Elvin Bədəlovda isə qaraçiyərin zədələnməsi və gicgah nahiyyəsindən ağır xəsarət alıb.

Hadisə yerinə Səbail rayon 41-ci polis bölməsinin əməkdaşları gəlib.Şahidlər dindirilib, ərazidə olan kameralardakı görüntülər nəzarətə götürülüb. //xezertv

Sfera.az


OXŞAR XƏBƏRLƏR