Bakıda işıqfor işləmədi: 4 maşın toqquşdu – FOTO + VİDEO

Bakıda işıqfor işləmədi: 4 maşın toqquşdu – FOTO + VİDEO

 

Bakıda ağır zəncirvarı yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib.

İki küçənin kəsişməsində "Jeep”, VAZ-2107 və iki "Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb.

1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya qəza zamanı xəsarət alan iki nəfər gətirilib. Bunlar Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevdir. Digər iki yaralı isə özəl xəstəxanalara aparılıb.

İlkin məlumata görə, qəzaya Əhməd Rəcəbli küçəsindəki işıqforun işləməməsi və sürücülərin buna əhəmiyyət verməməsi səbəb olub. İşıqforun Bakıya yağan və fəsadlar yaradan güclü yağışdan sonra işləmədiyi bildirilir.

Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin hadisə yerində müayinələr aparan inspektoru Emin Əmrahov deyib ki, işıqfordakı problem hava şəraiti ilə əlaqədar yaranıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 
 
 
 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...