Bakıda iş elanı: subaylar üçün 4 min manat maaş
13:37 / 23.09.2017
908
Azərbaycanda mühafizəçi işləmək üçün şirkətlərdən biri tərəfindən iş elanı paylaşılıb.
Elanda tələb olunan şərtlərə namizədlərin yaşının 28-dən, boyunun 180-dən yuxarı olması daxil edilib.
Azərbaycan, rus və ingilis dillərində bilmək də verilən tələblər arasındadır. Bakı şəhərində qeydiyyat tələb olunan iş üçün 2-4 min manat əmək haqqı veriləcəyi bildirilir.
Elanda diqqəti çəkən isə namizədin evli olmamasının tələb edilməsidir. (interaz)
Sfera.az