Bakıda intihar edən şəxs belə xilas edildi - VİDEO

Bakıda intihar edən şəxs belə xilas edildi - VİDEO
Ötən gün axşam saatlarında Bakıda bir nəfər intihara cəhd edib.

Sfera.az Baku.ws-ə istinadən xəbər verir ki, gənc oğlan özünü Səbail rayonunda yerləşən binalardan birinin eyvanından atmaq istəyib.

Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Gənclə aparılan psixoloji söhbətlərdən sonra Kamil İbrahim oğlu Talıbov xilas edilib.

İntihara cəhd hadisəsinin səbəbləri araşdırılır.
 


OXŞAR XƏBƏRLƏR