Bakıda insanları ölümə aparan qutu

Bakıda insanları ölümə aparan qutu

Bakının Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 3 saylı binanın 6-cı blokunun sakinləri Milli.Az-a müraciət edərək lift problemindən şikayət ediblər. Onların sözlərinə görə, blokun lifti artıq 44 ildir ki, istifadədədir. Lakin hətta Fövqəladə Hallar Nazirliyi də həmin liftin dəyişdirilməsini zəruri bilsə də, cavabdeh qurum heç bir iş görmür. Bu isə insanların həyatı üçün real təhlükə deməkdir:

"Biz uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-ci blokunda yaşayırıq. Bina 9 mərtəbəli binadır və keçmiş SSRİ vaxtlarında, daha doğrusu 1973-cü ildə inşa edilib. Bizim binanın lifti bina inşa olunduğu vaxtdan istifadə olunur və təbii ki, artıq köhnəlmişdir və tez-tez sıradan çıxır.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2008-ci il tarixli "Şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" Sərəncamı da bir daha sübut edir ki, lift təsərrüfatının təmiri və yenidən qurulması üçün kifayət qədər vəsait ayrılmışdır və bu proses davam edir. Lakin bu günə qədər 44 ildən artıq istifadə olunan bir lift qurğusunun niyə dəyişdirilməməsi yalnız təəccüb doğurur və dövlət tərəfindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunması ilə bağlı şübhə yaradır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin "Lifttəmir" İstehsalat Birliyinə ünvanladığı 25/24-04464  saylı, 02.12.2010-cu il tarixli məktubunda da bizim blokun liftinin dəyişdirilməsi zəruri hesab olunmuşdur. Məlumat üçün bildiririk ki, şəxsi münasibətlər zəminində bizim binanın 1-ci blokunun lifti artıq yenisi ilə əvəz olunmuşdur".

 

Biz başa düşürük ki, belə bir xırda məsələdən ötrü sizin saytı narahat etmək yerinə düşmür, lakin tez-tez sıradan çıxan liftin dəyişdirilməsi üçün başqa bir yolumuz yoxdur.

Sizdən xahiş edirik ki, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi 3 ünvanında yerləşən binanın 6-cı blokunda 44 il istismar olunan liftlərinin dəyişdirilməsi ilə bağlı bizə köməklik edəsiniz və bu barədə öz saytınızda müvafiq məlumatı yerləşdirəsiniz".


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...