Bakıda inanılmaz qəza - VİDEO

Bakıda inanılmaz qəza - VİDEO

 Bakının Yeni Yasamal qəsəbəsində qəribə avtomobil qəzası baş verib. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, "Kia" markalı maşın məhləarası yolda digər avtomobilin üzərinə düşüb. 

Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq yolun kənarında dayanan avtomobilə və binaya çırpılıb. 

Qəzadan sonra maraqlı görüntü ortaya çıxıb. Sosial şəbəkələrdə xeyli insanın diqqətini çəkən video qısa zamanda minlərlə baxış toplayıb. 

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.
 
| ]

DİGƏR XƏBƏRLƏR