Bakıda iki övladı öldürülən qadından yeni məlumat: HƏLƏ DƏ...

Bakıda iki övladı öldürülən qadından yeni məlumat: HƏLƏ DƏ...

Keçən həftənin şənbə günü Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti ağır olaraq qalır. Qadının müalicə olunduğu 1 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, o hələ də reanimasiya şöbəsindədir və həyatına təhlükə qalmaqdadır. L.Qasımovanın bədənininn müxtəlif yerlərində: boğazında, əl-ayaqlarında çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var.

 

Yaxınlar bildiriblər ki, gözlərini açsa və az da olsa ünsiyyət qura bilsə də, 55 yaşlı qadına övladlarının öldürülməsi ilə bağlı hələ də informasiya verilməyib.

 

Qeyd edək ki, məlum cinayəti törədən A.Cəfərov L.Qasımovanın bacısının kürəkənidir. O, qarət məqsədi ilə yoldaşının xalasının ailə üzvlərini öldürmək qərarına gəlib. Əvvəllər xuliqanlıq və yol qəzası törətdiyinə görə həbsxana həyatı yaşamış Azər 16 yaşlı Saqil Qasımzadəni aldadaraq küçəyə çılxardıqdan sonra bıçaqla onun boğazını kəsib. Daha sonra evə gələn qatil ailənin digər övladı, 26 yaşlı Fəridə Qasımzadəni eyni üsulla qətlə yetirib və Lətifə Qasımovanı da öldürməyə çalışıb. Evdən 207 dollar və 250 manat götürən şəxs qətlə yetirdiyi şəxslərin meyitini özünə məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq uzaqlaşıb. Müşahidə kameralarına düşən şəxs avtomobili ilə birgə çox keüçmədən yaxalanıb.

 

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

 

Onu da qeyd edək ki, qətlə yetirilən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

 

OXŞAR XƏBƏRLƏR