Bakıda iki qardaş dərmandan zəhərləndi: biri öldü, gigəri ağır vəziyyətdə - YENİLƏNİB

Bakıda iki qardaş dərmandan zəhərləndi: biri öldü, gigəri ağır vəziyyətdə - YENİLƏNİB

14:09

Bakıda iki qardaşın dərmandan zəhərlənməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Ağami və Dadaş İsmayılov qardaşlarının Nərimanov rayonunda yaşadıqları evdə yüksək dozalı və narkotik tərkibli anti-depressiv dərman qəbul etdiyi məlum olub. Təxminən 5-6 saat evdə huşsuz vəziyyətdə qalan qardaşlardan daha ağır vəziyyətdə olan Dadaş İsmayılov təcili olaraq yaxınlıqdakı 5 saylı xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ağami Dadaşov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

----------

12:08

Bakıda iki qardaş dərmandan zəhərlənib, onlardan biri ölüb.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yaşayan Dadaş İsmayılov və qardaşı Ağami dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. D.İsmayılov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...