Bakıda iki nəfər maşında güllələndi - VİDEO
09:07 / 28.12.2018
6201
Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı "Hundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.
Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.
Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.